Bayramda bölgələrə üz tutansərnişinlərmənzil başınarahat və təhlükəsizçatdırılmalıdır. Bunun üçünpolis əməkdaşları Bakı Beynəlxalq Avtovağzalının işçiləri ilə birgə rayonlara sərnişin daşıyan sürücüləri səfərə çıxmazdan əvvəl saxlayaraq təlimatlandırıblar.
İçərisi sərnişinlə dolu olan avtobuslar yola çıxmadan saxlanıldı..Sürücülərin bayramlarını təbrik edib, təhlükəsizlik təlimatları verildi.
Görüntülər Bakı Beynəlxalq Avtovağzalındandır. Bayram günlərində yollarda təhlükəsiziliyin təmin edilməsi, sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatmaları üçün Baş dövlət yol polis idarəsinininvə avtovağzalın əməkdaşları gücləndirilmiş iş rejminə keçiblər.
Elə sərnişinlərin də ən böyük istəyi mənzil başına rahat və təhlükəsiz çatmaqdır.
Qeyd edək ki, gücləndirilmiş iş rejmi mart ayının 27-ə qədər davam edəcək.