Xəzər Xəbər

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub - VİDEO

Veb TV | 19:58 • 18 Mart 2019
Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub -

Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru daha da sadələşdirilib. Bununla bağlı yeni sistemin təqtimatı keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, bundan sonra dövlət qurumları arasında inteqrasiyanın təmin olunması hesabına 10 gün ərzində sahibkarların iştirakı olmadan texniki şərtin və layihə sənədlərinin hazırlanması ilə bağlı Texniki Şura tərəfindən müvafiq tədbirlər görüləcək.

Beləliklə, artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olacaq. İlkin olaraq iş adamları Kiçik və Orta Biznes evlərinə və yaxud "ASAN Xidmət" mərkəzlərinə müraciət edəcək qoşulma haqqını ödəyəcəklər.

Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurları da sadələşdirilib. Tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmillləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə Kiçik və Orta Biznes evlərində əlavə müraciət üçün şərait yaradılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti