Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi azərbaycanlı əsgərin döyülməsində şübhəli bilinən iki nəfəri saxlayıb.
Bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, yaxın saatlarda həmin şəxslərə ittiham irəli sürüləcək və həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi nəzərdən keçiriləcək.
Xatırladaq ki, bir müddət Gürcüstan ordusunda hərbi xidmət keçən Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyü barədə şikayət etmişdi.
Onun sözlərinə görə, xidmət yoldaşları ondan pul tələb edibmiş.