Xəzər Xəbər

Ögey oğlunu vəhşicəsinə döyən qadının görüntüləri olaya səbəb oldu – VİDEO

Veb TV | 10:13 • 15 Mart 2019
Ögey oğlunu vəhşicəsinə döyən qadının görüntüləri olaya səbəb oldu –

Türkiyədə ögey oğlunu döyən qadının videosu böyük müzakirələrə səbəb olub.


BAKU.WS "haberler”ə istinadən xəbər verir ki, hadisənin Adanada qeydə alındığı bildirilir.


Belə ki, Adanada yaşayan H.A. 2016-cı ildə D.K. adlı qadından boşanıb. Onunla nikahdan olan oğlan isə məhkəmənin qərarı ilə kişidə qalıb. H.A. daha sonra C.A. adlı qadınla evlənib. Əvvəlki qadından olan 8 yaşlı oğlan da ögey ananın himayəsində yaşamağa başlayıb.


Bir müddət sonra qadın ögey oğlunu döyməyə başlayıb. Uşaq da hər dəfə atasına şikayət edib. Lakin qadın uşağı döyməsini inkar edib.


Bir dəfə qadın uşağı soyuq havada küçəyə atıb. Oğlan da bunu atasına deyib. Bundan əsəbləşən qadın uşağı döyməyə başlayıb. Bunu evdə xadimə işləyə qadın gizlincə çəkib. Sonradan həmin videonu sosial şəbəkələrdə paylaşıb. Bundan sonra məsələyə polis qarışıb.


Qadın xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Xəbər lenti

Çox oxunanlar