Mədəniyyət xadimlərinin prezident İlham Əliyevlə görüşü zamanı Zeynalabdin Tağıyev və digər tarixi şəxsiyyətlərin heykəlinin ucaldılması ilə bağlı qaldırılan məsələ üzərində ciddi iş gedir. Mədəniyyət naziri Əbülfəz Qarayev"Xəzər” televiziyasına müsahibəsində belə deyib. Nazirbildirib ki, bununla bağlıən uyğun məkanın seçilməsi vəabidələrin məzmun və forması ilə bağlı təkliflər gözdən keçirilir.
Mədəniyyət naziri bildirib ki, seçilən yer, qoyulacaq abidənin məzmunu həmin şəxsiyyətin fəaliyyətini müəyyən mənada əks etdirməlidir. Bununla bağlı ictimaiyyətin də fikrinəzərə alınmalıdır.
Əbülfəz Qarayev bildirib ki məsələ yüksək səviyyədə nəzarətddədir. Bununla bağlı müəyyən qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.