6 tələbə toyuq dönərindən zəhərlənib.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. "Köz dönər" kafesində dönər yeyən Qərb Unversitetinin bir neçə tələbəsi özlərini qəfil pis hiss ediblər.
Kliniki Tibbi Mərkəzin Yolxucu Xəstəliklər şöbəsinin müdri Gülnarə Babayevanın sözlərinə görə, xəstəxanaya 4 qız və 2 oğlan tələbə müraciət edib. Tələbələrə xəstəxanada dərhal yardım edilib. Həkimin sözlərinə görə, tələbələrə qida zəhərlənməsi diaqnozu qoyulub və onların hazırda həyati təhlükələri yoxdur.
Ötən gün zəhərlənənlərdən biri də 1-ci kurs tələbəsi Arif Məmmədovdur. Onun sözlərinə görə, dönər yedikdən sonra dərsə gedib. O, dərs vaxtı özünü pis hiss etdiyi üçün xəstəxanaya müraciət edib.
Məsələdən xəbərdar olan sahibkar dərhal dönərxananı bağlayıb. Dönərxana unversitetin yaxınlığında fəaliyyət göstərdiyindən hər gün ordan yüzlərlə tələbə dönər alır. Tələbələrin sözlərinə görə, 1 manat 50 qəpiyə olan dönərin son vaxtlar keyfiyyəti çox aşağı düşüb.
Qida Təhlükəsizliyi Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki,məsələ ilə bağlı araşdırmalara başlanıb. Dönərxanadan götürülmüş nümunələr laboratoriyaya təqdim edilib. Nəticələrə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində tədbir görüləcək. O ki qaldı həmin sahibkarın satışı qadağan edilən toyuq dönərini satmasına, bununla bağlı da müəyyən tədbir nəzərdə tutulub.