Tacikistanın Qırğızıstanın sərhədləri daxilində yer alan Voruş kəndində tacik və qırğızlar arasında yaranan münaqişə nəticəsində bir nəfər həlak olub.
XəzərXəbər-in YeniŞafak-a istinadla verdiyi məlumata görə, Voruş kəndi yaxınlığındakı mübahisəli ərazidə qırğız rəsmilərin hökumətlər arası protokolun ziddinə olaraq yol inşa etməsinə taciklərin etiraz etməsi bu gərginliyin yaranmasına səbəb olub. Daş, dəyənək və ov tüfənglərinin işə düşdüyü davada 10 tacik yaralanıb, 1 tacik isə həyatını itirib.
Bundan sonra Qırğız rəsmilər Voruşa gedən yolu nəqliyyatın üzərinə bağlayıb. Hadisə vaxtı ərazidən keçən iki avtobusdakı Tacikistan vətəndaşı olan 30-ya yaxın dinc sakin də bir müddət saxlanılıb.
Hazırda vəziyyət iki ölkənin sərhəd mühafizə xidmətləri tərəfindən nəzarətə alınıb, Rəsmilər arasında görüşmələrə başlanılıb.