Xəzər Xəbər

Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu VİDEO

Veb TV | 19:42 • 11 Mart 2019
Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu

Avtobus sürücüləri kobut qayda pozuntusuna yol verirlər. Söhbət paytaxtın Məzahir Rüstəmov ilə Neapol küçələrinin kəsişməsindən gedir. Həmin hissədə yol nişanı sağa əmr etsə də avtobus sürücüləri sola dönür. Rəsmi qurumlardan isə bildirilib ki, əraziyə nəzarət gücləndiriləcək.

Yol nişanı sağa dönməyi əmr etsə də, sərnişin avtobusları buna əməl etmir.

Bura Bakının Məzahir Rüstəmov küçəsi ilə Neapol küçəsinin kəsişməsidir. Kəsişmədəki yol nişanının tələbi birmüddətdir ki,36, 40 və 46 nömrəli avtobuslar tərəfindən pozulur.

Avtobus sürücülərinin bu hərəkətinə sərnişinlərin münasibəti birmənalıdır.

Məsələ ilə bağlı avtobusların aid olduğu daşıyıcı şirkətlərlə əlaqə saxladıq. Bildirildi ki, vaxtı ilə həmin ərazidə avtobusların sağa dönməsinə icazə verən yol nişanı olub. ancaq sonradan aparılan təmir-bərpa işləri ilə əlaqədar həmin nişan çıxarılıb və yerinə qoyulmayıb. Nişanın yenidən həmin əraziyə qoyulması üçün aiddiyyatı qurumlara müraciət ediləcək

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobus sürücüləri həmin hissədə hərəkət sxemindən kənara çıxırlar.Tezliklə ərazidə qısa araşdırma aparılacaq və lazimi tədbirlər görüləcək.

Bakı şəhər baş dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, avtobus sürücüləri ərazidə nəzarət kameralarının olmamasından istifadə edərək belə qayda pozuntusuna yol verirlər. Baş İdarə tərəfindən aidiyyatı rayon dövlət yol polis şöbəsinə məlumat veriləcək və həmin ərazidə nəzarət gücləndiriləcək. Növbəti dəfə qanun pozan sürücülərinzibat məsuliyyətə cəlb ediləcək

Xəbər lenti

Çox oxunanlar