Xəzər Xəbər

Bu şəxslərin kirayə pullarını dövlət verəcək - 300 manatdan VİDEO

Veb TV | 19:07 • 10 Noyabr 2011
Bu şəxslərin kirayə pullarını dövlət verəcək - 300 manatdan

Martın 6-da Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən məcburi köçkün ailələri kirayə evlərlə təmin olunub.


Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yanğın baş verən binada müvəqqəti olaraq məskunlaşan 34 məcburi köçkün ailəsi ilə qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən həmin ailələrə 300 manatdan məbləğində bir aylıq kirayə haqqı verilib.


"Əgər, ehtiyac yaranarsa, onların kirayədə qalmasının müddətini uzanarsa, növbəti ayların kirayə haqları da ödəniləcək", - deyə, Dövlət Komitənin cavabında bildirilib.


Qeyd edək ki, martın 6-da axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.


Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.


Xəbər lenti

Çox oxunanlar