Xəzər Xəbər

Qadının ərini qarət edə bilmədilər, atasının evini yandırdılar VİDEO

Veb TV | 19:35 • 11 Mart 2019
Qadının ərini qarət edə bilmədilər, atasının evini yandırdılar

Mağazaya oğurluğa girən şəxslərə həyətdəki it mane olub.

Lənkəran rayonunun Kənarmeşə kəndində yaşayan 49 yaşlı Tofıq İsmayılovun həyətinə çağırılmamış qonaqlar gəlib. İlk olaraq naməlum şəxslər həyətdə yerləşən mağazanın pəncərəsini sındırıblar, amma barmaqlıqları qıra bilməyiblər. Sonra onlar mağazanın arxa qapısından içəri girməyə cəhd etsələr də, bu zaman həyətdəki itin səsinə gələn mağaza sahibini görüb qaçıblar.

Elzadə Əkbərova iddia edir ki, hadisədən 1 saat sonra onun ata evini qarət ediblər. Evə girən oğrular çoxdandır ki, yaşayış olmayan evdən cəmi bir televizor götürüblər. Məişət texnikasını qonşulardan birinin qapısının qarşısına atıblar. Daha sonra isə həmin evi əşyaları ilə birgə yandırıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsi araşdırmalara başlayıb.

Abşeronda isə oğrular tutulub. Araşdırma zamanı Fatmayı kəndində evlərdən birində usta işləyən 39 yaşlı Məmməd Əliyev və dostu 36 yaşlı Natiq Şükürov saxlanılıb. Onlar 5 mənzildən müxtəlif tikinti materialları oğurladıqları etitaf ediblər.

 

Saxlanılan şəxslər əvvəlcə oğurladıqları tikinti matriallarını Natiq Şükürovun evinə gətiriblər və ordan satışını həyata keçiriblər. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


 

Xəbər lenti