Xəzər Xəbər

Prezident Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi VİDEO

Veb TV | 20:20 • 11 Mart 2019
Prezident Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

Səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.

Xəbər lenti

Çox oxunanlar