"Turkish Airlines” hava yolları şirkətinə aid sərnişin təyyarəsinin "hava dərəsi”nə düşməsi nəticəsində onlarla sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya çatdırılıb.
Bu barədə"The Sun” məlumat yayıb.
İnsident İstanbuldan Nyu-Yorka uçan "Boeing 777” avialaynerinin göyərtəsində yaşanıb.Turbulentliklə əlaqədar ekipaj üzvləri Kennedi aeroportuna təcili eniş etməli olub. 29 sərnişin və bir stüardessa müxtəlif dərəcəli bədən xəsarətləri alıb,sonuncunun ayağının sındığı bildirilir.
Aeroportun mətbuat katibi Stiv Koulman bəzi sərnişinlərə aeroport binasında ilkin yardımın göstərildiyini, dördünün xəstəxanaya çatdırıldığını söyləyib.
Qeyd edək ki, təyyarənin göyərtəsində ümumilikdə 326 sərnişin və 21 ekipaj üzvü olub./oxu.az