Böyük Britaniya sakini Kolin Cons sevgilisi Polina Yanqa 43 dəfə evlilik təklif edib.
XəzərXəbər-in "Report"a istinadən məlumatına görə, o, yalnız 43 il sonra birgə evlilik həyatına nail ola bilib.
Cütlük 1976-cı ildə tanış olub və onlar arasında sevgi münasibətləri yaranıb. Lakin Kolin Polinaya evlilik təklifi etdikdə rədd cavabı alıb. O, növbəti ildə yenidən buna cəhd etsə də, eyni cavabı alıb.
Qeyd edilir ki, bu, 40 ildən çox davam edib. Bu vaxt ərzində onlar Maltaya keçiblər və orada kiçik mehmanxana açıblar. Amma Polina xəstələndikdən sonra, cütlük Böyük Britaniyaya qayıdıb və qocalar evində yaşamağa başlayıb. Qadın 72 yaşında özü Kolinə toy etməyi təklif edib.
Cütlük qocalar evində nişanlanıb.