Rusiyanın müdafiə sənayesi şirkəti "Rostech”in nəzdində fəaliyyət göstərən "AO Opıtniy Zavod İntegral” firması analoqu olmayan silah istehsal edib.
"5P-42 Filin Stansiyası” adlı silah düşmən ordusunda müvəqqəti optik (görmə) əngəl yaradır.
Silah gecə və ala-qaranlıq hava şəraitində 5 km məsafədəki nişangahları, məsafə ölçən cihazları, gecə görüntüsü cihazlarını və tank əleyhinə raket sistemlərini zərərsizləşdirir. Stansiyaların qurulduğu gəmilərdə əvvəlcə güclü projektora bənzəyən işıqlandırma cihazı işə salınır. Daha sonra qarşı tərəfi müvəqqəti olaraq kor edən və cihazların fəaliyyətini məhdudlaşdıran "əngəlləmə rejimi”nə keçid edir./publika.az
Zümrüd