Almaniya Bundesliqasının 25-ci turunda "Hannaover" Leverkuzen "Bayer"ini qəbul edib.
XəzərXəbər xəbər verir ki, oyunda ilginc hadisə baş verib. Belə ki, meydan sahiblərinin hücumçusu Qenki Haraquçi hesab 0:2 olarkən epizodların birində qapıçını da aldadaraq,topu boş qapıya göndərib. Lakin qarlı hava şəraiti topun sürətini zəiflədib. Top qapı xəttinə çatanda dayanıb və rəqib müdafiəçi də təhlükəni sovuşdurub.
Oyunda isə qonaqlar 3:2 hesabı ilə qalib gəlib.