Xəzər Xəbər

"Zenit" Azər Əliyevin komandasına şans vermədi VİDEO

Veb TV | 14:13 • 11 Mart 2019
"Zenit" Azər Əliyevin komandasına şans vermədi

Rusiya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

Lider "Zenit" azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi"Ufa"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Əliyev oyunun 67-ci dəqiqəsində meydana daxil olub.

Premyer Liqanın turnir cədvəlinə 40 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 34 xalla 2-ci, ÇSKA 33 xalla 3-cüdür. "Spartak"la "Lokomotiv" 32 xalla 4-5-ci yerləri bölüşürlər. 16 xalı olan "Ufa" 15-ci sırada qərarlaşıb.

"Zenit" - "Ufa" - 2:1
Qollar:
Serdar Azmun, 30, Emiliano Riqoni, 34 - Katalin Karp, 25


Xəbər lenti