Rusiya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.
XəzərXəbər xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Spartak""Dinamo"nun qonağı olub.Moskva derbisində "ağ-qırmızılar" meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.
Sözügedən qarşılaşmada Ayaz 90 dəqiqə oynayıb. 22 yaşlı yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Premyer Liqanın turnir cədvəlinə 40 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 34 xalla 2-ci, ÇSKA 33 xalla 3-cüdür. "Spartak"la "Lokomotiv" 32 xalla 4-5-ci yerləri bölüşürlər.
"Dinamo" - "Spartak" - 0:1
Qol:Georgi Jikiya, 16