Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 24-cü turunun PAOK - "Atromitos" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qol.az-ın məlumatına görə, ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrikenin 63 dəqiqə oynadığı matçda FİFA referimiz qonaqların qapısına 2 dəfə penalti təyin edib. O, əvvəlcə görüşün 15-ci, daha sonra isə 45+2-ci dəqiqəsində bəyaz nöqtəni göstərib. İlk penaltini boşa verən meydan sahibləri ikincini qola çevirə biliblər.
Oyun ərzində əlini 5 dəfə əlini cibinə atan Ağayev PAOK-dan yeganə sarı vərəqəni Pedroya göstərib. 1, "Atromitos"dan isə2 futbolçunu "sarı", birini isə 2-ci "sarı"dan qırmızı vərəqə ilə cəzalandırıb.