Xaçmazda avtomobildə olan alma yeşikləri yola dağılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 5-ci km-də baş verib. Avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb. Yükün sahibi olan Zaur Mehdiyev almaları Quba rayonunun kəndlərindən alaraq satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib. Meyvələr yolun hərəkət hissəsinə töküldüyünə görə əksəriyyəti əzilərək yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları gəlib.