Göyçay rayon Alpoud kənd sakinləri gündəlik işlətdiyi arx suyundan indi istifadə edə bilmirlər. Səbəb isə su arxının tulantılarla dolu olmasıdır. Su kanalı bir neçə kənddən keçdiyinə görə yığılan tullantılar antisanitar vəziyyət yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, kanal ilk baxışdan zibilliyi xatırlatladır. Suyun üstü plastik və şüşə butulkalarla doludur.
Mənbəyini Göyçay çayı və Yuxarı Şirvan kanalından götürən su arxı rayonun ən ucqar kəndi olan Alpoud kəndinə qədər gedir. Kənd sakinlərinin
istifadə etdiyi su arxı sanki tullantı poliqonuna çevrilib.
Sakinlərin iddiasına görə, onların yaşadığı yerə gələn su arxı rayonun Cəyirli, Qaraman Ləkçıplaq, Qaraxıdır və Mırtı kəndlərindən keçir. Bu kəndlərdən atılan tullantılar isə Qaraman, Ləkçıplaq və Qaraxıdır kəndlərindən keçən hissələrində arxda tıxaclar yaradaraq suyu çirkləndirir.
Qaraxıdır kənd bələdiyyəsinin nümayəndəsi Şərafəddin Hacıyev "Xəzər Xəbər"ə şifahi olaraq bildirdi ki, tulantılar digər kəndlərdən gələrək burada yığılıb qalır. Su arxına atılan tulantılar dəfələrlə yerli bələdiyyə və sakinlər tərəfindən təmizlənib. Həmin əraziyə atılan tullantılar isə sabah günün sonuna qədər təmizlənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: