Son iki gündə ABŞ telekanallarında itkin haqda çox danışırdılar. Valideynləri uşaqların yoxa çıxmasını özləri üçün dəqiqləşdirəndən dərhal sonra polisə müraciət etmişdilər. Onların axtarışına 250 nəfər qoşulmuşdu. 44 saatlıq axtarış nəticə verib. Onları kolluqda tapıblar.
Şerif Qumboldt Uilyam deyir ki, uşaqların sağ qalması möcüzədir, çünki həmin ərazilərin çox sərt təbiəti var, yaşam şərtləri ağırdır: "Biz onları yerə atılan konfet kağızları sayəsində tapdıq. Onlar soyuqdan donurdular”.
Yerli polis idarəsinin mətbuat xidmətinin rəhbəri Samanta Karges deyir ki, konfet kağızı ilə yanaşı, ayaqqabı izləri də axtaranların köməyinə çatıb. Amma bacılar da ağıllı davranıb. Azdıqlarını başa düşəndən sonra yerlərindən tərpənməyiblər. Bacılardan biri evi axtarmaq cəhdinin çox təhlükəli olduğunu deyib. Uşaqlar kolluqda gizlənib. Əsasən qarağat yarpaqları ilə qidalanıblar.
Bacılar heç də dəcəlliyindən itkin düşməyib. Onlara maral izləri maraqlı gəlib. Evdən özləri fərqinə varmadan uzaq düşüblər.
Bizimyol.info