"Yuventus" İtaliya A Seriyasının XXVI turunda "Napoli"nin qonağı olub.
Görüş Neapol şəhərinin "San-Paolo" stadionunda baş tutub. Meydan sahibləri 25-ci dəqiqədə artıq azlıqda qalıblar. Qapıçı Aleks Meret Kriştiano Ronaldoya qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Təyin olunan cərimə zərbəsini isə Miralem Pyaniç dəqiq yerinə yetirərərək, oyunda hesabı açıb. Birinci hissənin sonunda Əmrə Can Federiko Bernardeskinin ötürməsini baş zərbəsi ilə qola çevirərək, qonaqların üstünlüyünü iki topa çatdırıb.
İkinci hissənin əvvəlində Pyaniçin meydandan qovulmasından sonra komandaların heyətində bərabərlik yaranıb. Matçın 61-ci dəqiqəsində Xose Kalyehon hesab arasındakı fərqi azaldıb.
Bu oyundan sonra "Yuventus" 72 xalla turnir cədvəlinə başçılıq edir. "Napoli" 56 xal ilə ikinci pillədə qərarlaşıb.
Fanat.Az