Türkiyə Super Liqasında 24-cü turun görüşləri keçirilir.
"Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" evdə "Qalatasaray"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Super Liqada turnir cədvəlinə 54 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 46 xalla 2-ci, "Beşiktaş" 41 xalla 3-cü, "Trabzonspor" 36 xalla 4-cüdür. 22 xalı olan "Ərzurumspor" 17-ci sırada qərarlaşıb.
"Ərzurumspor" - "Qalatasaray"
Qollar:Rəşad Məhəmməd, 18 - Yunes Belhanda, 52