Xəzər Xəbər

"Liverpul" liderliyi əldən verdi VİDEO

Veb TV | 10:18 • 4 Mart 2019
"Liverpul" liderliyi əldən verdi

İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

"Everton" evdə "Liverpul"u qəbul edib. Mersisayd derbisində tərəflər 0:0 hesablı heç-heçəyə razılaşıblar.

Premyer Liqada turnir cədvəlinə 71 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 70 xalla 2-ci, "Tottenhem" 61 xalla 3-cü, "Mançester Yunayted" 58 xalla 4-cü, "Arsenal" 57 xalla 5-ci, "Çelsi" 56 xalla 6-cıdır. 37 xalı olan "Everton" 10-cu sırada qərarlaşıb.

Xəbər lenti