Qışın ortasında həm qarpız həmdə yemiş almaq mümkündir. Xususilədə bu cür bostan bitkilərinəBakı-Qazax magistral yolunun Kürdəmir və Hacıqabuldan keçən hissəsində rast gəlmək mümükündir. Satıcılar deyir ki, qış olmasına baxmayaraq alıcılıq qabiliyyəti var.
Mövsümü olmasa da yolun kənarında qarpız-yemiş satışı diqqət çəkir.
Bakı-qazax magistralının Kürdəmir və Hacıqabuldan keçən hissəsində fəaliyyət göstərən səyyar satıcılar deyir ki, yay ayları ilə müqayisə qışda alıcılar az olur. Bu məhsullar qış aylarında əsasən xəstələr üçün daha çox alınır. Bu günə qədər saxlanılan qarpız və yemiş sortları payızlıq sortdur.
Qiymətlər yayda satılan qarpız yemişin qiymətindənbahadır. Buna baxmayaraq alanlar qiyməti münasib görür.
Satıcılar bu bostan bitkilərini Novruz bayramına qədər saxlayıb satışa çıxardıqlarını deyir.