Xəzər Xəbər

Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır VİDEO

Veb TV | 19:16 • 3 Mart 2019
Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır

Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir

Bu azmış kimi o hərdən mobil telefonla da danışır. Bu görüntülər elə avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib

Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır..

Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin sürücü işdən kənarlaşdırılacaq

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki,məsələ ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək

Xəbər lenti

Çox oxunanlar