Xəzər Xəbər

Canavar Yevlax sakinlərinə qorxulu anlar yaşadıb VİDEO

Veb TV | 19:08 • 3 Mart 2019
Canavar Yevlax sakinlərinə qorxulu anlar yaşadıb

Canavarlar Yevlaxda kəndə hücum edərək mal-qaranı tələf edib. Hadisə rayonun Ərəbbəsrə kəndində baş verib. 3 kənd sakininin həyətinə soxulan canavarlar 5 baş qoyunu parçalayıb 7 başını isə yaralıyıb. Sakinlər deyir ki, canavarlarlaqarşılaşmaq artıq adi hala çevrilib. Yırtıcılar hətta gündüz vaxtı da mal qaraya hücum edirlər.

Bukəndin sakinləri demək olar ki hər gün canavar hücumu ilə üzləşir.

YevlaxınƏrəbbəsrə kəndinin sakinlər deyir ki,ard -arda bir neçə gündür ki,kənddə canavarların sayı artıb və yırtıcılar onların mal qarasına qənim kəsilib.

Kəndlilər bildirir ki,canavarlar əsasən yaxınlıqdakı qəbirstanlıqda və onun yaxınlığındakı qamışlıqda tez-tez görünür.

Kənd sakinləri deyir ki, demək olar ki canavarlar da artıq bu kəndin daimi sakinlərinə çevrilib.Əvvəllər ancaq gecələr ev heyvanlarına hücum edirdilərsə indi gündüzlər də kənddə bu yırtıcılarla rastlaşmaq adi hala çevrilib.

Canavarların yaraladığı heyvanlar yerli baytarlar tərəfindən müayinə edilib,onlara quduzluq əlehinə vaksinlər vurulub.

Xəbər lenti

Çox oxunanlar