Bu gün9-cu sinif şagirdləri üçün buraxılış imtanının birinci mərhələsi keçirilib. Bu dəfəki imtahanda ilk dəfə olaraq şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.
Şagirdlər ilk imtahanlarını verir, valideyinlər isə soyuq havaya baxmayaraq həyəcanla qapıda övladlarının imtahandan çıxmalarını gözləyirlər.
Bu ilki buraxılış imtahanında ilk dəfəşagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.Dinləmə mətninin səsləndirilməsi ilə başlananan imtahan tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib....
İmtahan bəzi şagirdlər üçün asan olub. Həmin şagirdlər sualları vaxtından tez cavablandırararaq zalları tərk edirdilər. Bununla belə, tapşırıqların çətin olduğunu deyənlər də var idi.
Valideyinlər də ən az şagirdlər qədər həyəcandan imtahan verdiklərini deyirlər.
Qeyd edək ki, bu gün ümumilikdə 37 434 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.Bunun üçün84 imtahan mərkəzi ayrılıb.