İstanbulda uşaq zibil qutusunda axtarış apararkən, cəsəd qalıqları tapıb.
Şahidlər dərhal hadisə barədə polisə məlumat veriblər. Araşdırmalar nəticəsində cəsəd qalıqlarının qadına aid olduğu müəyyən edilib. Cəsəd qalıqları ayaqlardan ibarətdir.
Cəsədin digər hissəsinin harda olduğu məlum deyil. Onun kimliyinin müəyyən edilməsi üçün qalıqlar tibbi ekspertizaya göndərilib. Hadisə barədə araşdırma aparılır.
METBUAT.az