Türkiyə Super Liqasında 24-cü turun görüşləri keçirilir.
"Fənərbağça" evdə "Rizəspor"u 3:2 hesabı ilə məğlub edib.
Qonaqların hər iki qoluna "Neftçi"nin sabiq futbolçusu Dario Melnyak imza atıb."Ağ-qaralar" xorvatiyalı futbolçunu 2016-cı ildə Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.
Super Liqada tunir cədvəlinə 41 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 45 xalla 2-ci, "Beşiktaş" 41 xalla 3-cü, "Trabzonspor" 36 xalla 4-cüdür. "Rizəspor"la "Fənərbağça" 28 xalla 13-14-cü yerləri bölüşürlər.
"Fənərbağça" - "Rizəspor" - 3:2
Qollar:Sərdar Aziz, 22, Roberto Soldado, 40, Viktor Mozes, 84 (pen.) - Dario Melnyak, 4, 55
Qırmızı vərəqə: Mikola Morozyuk, 42 ("Rizəspor")