Xəzər Xəbər

Ağcabədidə ağır qəza: 2 ölü, 3 yaralı var - VİDEO

Veb TV | 19:12 • 2 Mart 2019
Ağcabədidə ağır qəza:

Minik avtomobillərinin toqquşması 2 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Ağcabədinin Hüsülü kəndində baş verib.

Kənd ərazisində iki minik avtomobili toqquşub. Avtomobillərdən birinin sürücüsü Elsəvər Məmmədov və həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüb. Digər avtomobildə olan 3 nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar