Xəzər Xəbər

Ağcabədidə mənzildən oğurluq edilib - VİDEO

Veb TV | 19:33 • 2 Mart 2019
Ağcabədidə mənzildən oğurluq edilib -

Mənzildən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Ağcabədi polisi keçirib.

Rayon sakini Rövşən Azadov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edildiyi barədə məlumat verib. Bildirilib ki, evdən 3 min manat pul və müxtəlif məişət əşyaları oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elçin Hüseynov saxlanılıb.

Saxlanılan şəxs tutduğu əməldən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar