Xəzər Xəbər

Bayram yarmarkaları təşkil olunub - VİDEO

Veb TV | 19:39 • 2 Mart 2019
Bayram yarmarkaları təşkil olunub -

Novruz yarmarkaları fəaliyyətə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, yarmarkalarda iştirak edən Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib ki, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili Prezident İlham Əliyevin birbaşa tapşırığıdır. Yarmarkaların keçirilməsində əsas məqsəd odur ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, sahibkarlar öz məhsullarını gətirib bu yarmarkalarda sata bilsinlər.

Yarmarkalarda iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov da yarmarkalara baxış keçirib.

Nazir açıqlama verib ki, yarmarkalar hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə və digər strukturlara birmənalı olaraq tapşırılıb ki, yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilsin.

Yarmarkada iştiark edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov da yarmarkalardakı şəraitdən bəhs edib.

Təşkil olunan 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılıb. Alıcılar qiymətlərdən razıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar