Xəzər Xəbər

Lerikdə maskalı şəxs evə basqın edib - VİDEO

Veb TV | 19:38 • 2 Mart 2019
Lerikdə maskalı şəxs evə basqın edib -

Lerikdə gecə saatlarında maskalı şəxs evə basqın edib.

Evə basqın edən şəxs qoca ər-arvada ağır xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Lerikin ucqar Sors kəndində baş verib.

Kənd sakini, 63 yaşlı Mərziyə Şabıyeva yatağında olarkən evə kiminsə girdiyini hiss edib. Ayağa qalxmaq istəyərkən isə maskalı şəxs hücum çəkərək əli ilə onun ağzını tutub və sakit durmasını tələb edib. Lakin Mərziyə Şabiyeva səs-küy saldığından naməlum şəxs qadının sifətinə əli ilə ağır xəsarət yetirib. Daha sonra isə yatağında xəstə yatan 84 yaşlı Fayaz Əliyevin baş nahiyəsinə küt alətlə zərbələr endirib.

Evə basqın edən şəxs səs-küy yarandığı üçün heç nə götürmədən oradan uzaqlaşıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fayaz Əliyevin xəsarətləri daha ağır olduğundan ciddi müayinə üçün Lənkəran Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar