Xəzər Xəbər

Bərdədə dəhşətli cinayət törədilib - VİDEO

Veb TV | 19:35 • 2 Mart 2019
Bərdədə dəhşətli cinayət törədilib -

Bərdədə ər həyat yoldaşını baltalayaraq öldürüb, qayınanasına isə ağır xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bərdənin Kətəlparaq kəndində baş verib. İmişli sakini, 30 yaşlı Elçin Qurbanov qayınatasıgilə gedərək 1 ilə yaxındır ki, ondan ayrılaraq anası ilə yaşayan həyat yoldaşı, 27 yaşlı Nəvat Qurbanovanı balta ilə qətlə yetirib. Sonra isə qayınanası Rahilə Qarayevaya balta ilə ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elçin Qurbanov evə od vuraraq oradan uzaqlaşıb. Qadın yaralı olsa da, yanan evdən çölə çıxa bilib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Nəvat Qurbanovanın meyiti isə alov söndürüldükdən sonra evdən çıxarılıb.

Məlum olub ki, Elçin Qurbanov evi yandırdıqdan sonra 6 yaşlı övladını da götürərək oradan uzaqlaşıb. Ardınca isə könüllü şəkildə polisə təslim olub. Verilən məlumata görə, Nəvat Qurbanova həyat yoldaşı Elçin Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt verib. Hadisə də Elçinin boşanmaq istəməməsi səbəbindən baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar