Xəzər Xəbər

Bu küçənin adı "xəstəxanayanı"dır VİDEO

Veb TV | 20:25 • 28 Fevral 2019
Bu küçənin adı "xəstəxanayanı"dır

Xəstəxanayanı küçəsi. Nə qədər qəribə səslənsə də, Sabunçu rayonundakı küçələrdən biri belə adlanır. Əslində, adından da görünür ki, küçə niyə belə adlanır. Ancaq küçənin sakinləri bu adın dəyişdirilməsini istəyirlər.

Adətən hansısa ünvanı dəqiqləşdirəndə deyilən "filan yerin yanında yerləşir" ifadəsi bu küçənin rəsmi adına çevrilib. Söhbət Sabunçu rayonunun eyni adlı qəsəbəsindəki Xəstəxanayanı küçəsindən gedir.

Sakinlər deyirlər ki, bura illərdir elə Xəstəxanayanı adı ilə tanınır.

Sakinlər küçəyə milli qəhrəmanlardan və ya dahi şəxsiyyətlərdən birinin adının verilməsini istəyirlər.

Məsələ ilə bağlı Sabunçu qəsəbəsi icra nümayədəliyindən bildirdilər ki, küçəyə bu ad 3 nömrəli xəstənaya yaxın olduğu üçün verilib. Artıq adın dəyişidirilməsi üçün aidiyyatı qurumlara təklif verilib. Küçəyə neftçi Baybakovun adının verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar