Xəzər Xəbər

Yerdə çox güclü maqnit qasırğası başlayıb: Təsirləri və qorunma yolları - VİDEO

Veb TV | 20:18 • 28 Fevral 2019
Yerdə çox güclü maqnit qasırğası başlayıb:

Bu günlərdə meteohəssas insanlarda narahatlıq yarana bilər. Çünki, yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. Martın 2-dək davam edəcək qasırğa sağlam insanların da səhhətində narahatlıq yarada bilər.

Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.

Beynəlxalq hava mərkəzlərinin məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, geomaqnit qasırğası Günəşdə gedən proseslərdən biridir və periodik olaraq daim davam edir.

Qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək. Ənvər Əliyevin sözlərinə görə, yerin maqnit sahələri onları əks qüvvə ilə lokallaşdırır. Lakin Günəş küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Həkimlər bildirir ki, bu halda həmin insanlar dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Müalicə almayan xəstə insanlar isə narahatlıq hiss etdikdə həkimə müraciət etsin. Geomaqnit qasırğası sağlam insanların da səhhətində narahtlıq yarada bilər. Mütəxəssislər həmin günlərdə açıq havada çox gəzməməyi, evdə olduqda isə pəncərləri bağlı saxlamağı məsləhət görür. Geomaqnit qasırğası səbəbindən peyk rabitəsi və naviqasiya sistemlərində də müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.

Xəbər lenti

Çox oxunanlar