''Prezidentin problemi kreditlərlə bağlı fərmanından 900 minə yaxın vətəndaşı faydalanacaq''. Bunu iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sözügedən fərmanı şərh edərkən bildirib. Mərkəzin rəhbəri Azərbaycanda icra ediləcək bu prosedurun unikal olduğunu və digər öləkələr üçün də örnək ola biləcəyini qeyd edib.
''Azərbaycanda problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanın birinci hissəsindən 450 min nəfərdən çox,ikinci hissəsindən 400 min nəfərdən çox şəxs yaralanacaq. Bunun üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ödəniləcək ''İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə deyib.
Vüsal Qasımlının sözlərinə görə bütün güzəştlərdən sonra vətəndaş krediti 1 % lik ödənişlə 5 il ərzində banka qaytaracaq və üstəlik 1 il ona güzəşt ediləcək. Bunun üçün isə banlklara əlavə vəsait lazım olacaq ki, buna görədə banklara 682 milyon manatlıq güzəştli kredit veriləcək. Bundan başka bankların dollar olan tələbini qarşılamaq üçün isə onlara 0.5 % lə 215 milyon dollar dəyərindək qiymətli kağızlar veriləcək. Bütün bu addımlar isə bank sektorunun da inkişafına dəstək verəcək.
Mərkəzin rəhbəri onu da bildirib ki, Azərbaycanda icra ediləcək bu proqram unikallığı ilə seçilir.
Qeyd edək ki, bu prosedurda bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 dolların manat ekvivalentindən çox ola bilməz.