Xəzər Xəbər

Dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı VİDEO

Veb TV | 19:15 • 28 Fevral 2019
Dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

Səhər saatlarından yağmağa başlayan qarın qalınlığı 40-50 sm-ə çatıb.

Güclü qar Tovuzun dağ kəndlərinə, xüsusilə də Molla Ayrım, Hacı Həsənli, Kirən, Soflar, Xatıncan və Qalaboyuna gedən əsas yolda sürücülərə çətin anlar yaşadıb. Əksər yerlərdə isə qarın qalınlığı 20-30 sm təşkil edib. Sürücülər bildirirlər ki, daha çox səhər və axşam saatlarında çətinliklə üzləşirlər. Hava soyuq olduğuna görə yollar buz bağlayır.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 26 nömrəli Yol İstismar İdarəsindən "XəzərXəbər"ə bildirildi ki, hazırda Tovuz-Böyük Qışlaq yolunda vəziyyət daha təhlükəli olduğu üçün orada təhlükəsizlik tədbirləri görülür. Növbəli şəkildə sözügedən yol qum və duz ehtiyatı ilə təmin edilir.

Xəbər lenti