Səbail rayonu ərazisində Bibiheybət məscidindən şəhərə doğru yolda hərəkət məhdudlaşdırılacaq. Buna səbəb yolun həmin hissəsinə asfalt örtüyündə çatların əmələ gəlməsidir. Təmir işlərinə sabah günortadan start veriləcək.
Çat və çökmələrin yarandığı yolda təmir-bərpa işləri aparılacaq.
Bura paytaxtın Səbail rayonunda ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yoldur. Bir neçə gün əvvəl həmin yolda geniş çatlar və çökmələrin yaranması səbəbindən sürücülər üçün təhlükəli vəziyyətin yaranması barədə xəbər vermişdik. Artıq sabahdan etibarən həmin yolda təmir-bərpa işlərinin aparılmasına start veriləcək.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmir işləri təxminən 3 gün davam edəcək.
Agentlikdən həmçinin o da bildirilib ki, Bibiheybət məscidinin ətrafı tektonik ərazi sayıldığından buradakı yolda tez-tez belə problemlər ortaya çıxır.