Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
XəzərXəbər-in verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində baş verib. Yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Süleymanova Saranı "NİVA" markalı avtomobil vurub. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatın xilas etmək mümkün olmayıb.