Polis 4 nəfəri yaxalayıb.
Türkiyənin İstanbul şəhərində zibillikdən kəsilmiş ayaqlar çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, zibilliklərdən kağız yığan qadın ayaqları görərək polisə xəbər verib. Polis apardığı araşdırmalar nəticəsində ayaqların kimə məxsus olduğunu öyrənib.
Belə ki, Fahrettin Öztürk atasının iflic olmasına səbəb olduğunu düşündüyü əmisi Rıfat Rıza Öztürkü silahla vuraraq öldürüb.
Cəsədi hissələrə bölən Fahrettin kəsdiyi ayaqları evindən 35 kilometr uzaqlıqdaki zibil qutusuna atıb.
Polis Fahrettin Öztürkün kömək istədiyi dostu Y.Ferhat da daxil olmaqla 4 nəfəri yaxalayıb./AzNews.az