Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
XİN-in təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır.
Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar.
Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən, "Ağdam Xalçaçılıq” müəssisəsi, "Qarabağ Atçılıq” kompleksi, "Muğam Mərkəzi”, "Bayraq Muzeyi”, eləcə də "Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxından tanışlığı nəzərdə tutulur.
Səfər fevralın 28-də başa çatacaq.