Xəzər Xəbər

Gürcüstan prezidenti Bakıya gəldi VİDEO

Veb TV | 19:51 • 27 Fevral 2019
Gürcüstan prezidenti Bakıya gəldi

Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əməkdaşlıq uğurla davam edir.Prezident İlham Əliyev Gürcüstan prezidenti Salomi Zurabişvili ilə görüşündə belə deyib.Gürcüstan prezidentini isə region ölkələrindən ilk səfərini Azərbaycana etməyindən məmnuniyyətini dilə gətirib.

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti SalomeZurabaşvilini prezident İlham Əliyev rəsmi mərasimələ qarşılayıb.

Qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Salome Zurabişvilinin təkbətək görüşü olub. Prezident İlham Əliyev bu yaxınlarda prezident seçkilərində qazandığı qələbə münasibətilə Gürcüstanın dövlət başçısını təbrik edib. Ona uğurlar arzulayaraq qeyd edib ki, bu səfər Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaq.

Salome Zurabişvili prezident kimi regiona ilk səfərini Azərbaycana etdiyini bildirib.

Təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev qonaqları salamlayaraq deyib ki, bu səfərə çox böyük əhəmiyyət verilir. Dövlət başçısı bildirib ki, təkbətək görüşdə Regional problemlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Gürcüstan Prezidenti Salome Zurabişvili qeyd edib ki,iki ölkəni ilk növbədə böyük tarix, ənənələr birləşdirir.

Geniş tərkibdə görüş başa çatandan sonra Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, bugünkü səfər və aparılan müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, iki ölkə arasındakı əlaqələrin çox gözəl gələcəyi var.Siyasi əlaqələr də yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Beynəlxalq təşkilatlar çərçivəsində Gürcüstan və Azərbaycan bir-birini daim dəstəkləyir, ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir. Əməkdaşlığığın böyük hissəsi energetika sektoruna aiddir. Nəqliyyat sahəsindəki əməkdaşlıq da danışıqların mövzusu olub.Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində hər iki ölkənin ərazisindən keçən yüklərin həcmi artır . dövlət başçısı bildirib ki, Burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynayıb, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.

Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edib.

Qeyd edilib ki, bü günkü görüşlərdə turizmin inkişafı haqqında da fikir mübadiləsi aparılıb. Həmçinin, iki ölkə arasındakı dostluğa əsaslanaraq belə qərara gəlinib ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verilsin.

Xəbər lenti