Novruz bayramının yaxınlaşması kirayə mənzillərə tələbatı artırıb. Reiltorlar artıq indidən sifarişlər qəbul etməyə başlayıblar. Kirayə işi ilə məşğul olan şəxslər deyirlər ki, mart ayında əsas axın irandan olur. Buna görə də, ev axtaranların 80-faizdənçoxu adıçəkilən ölkə vətəndaşlarıdı. İranlı turistlər evləri əsasən aylıq yox, 5, 10, 15 günlük kirayələyirlər. Elə bu səbəbdən də, evlərin kirayə qiymətləri gündəlik hesablanır
Maklerlər deyirlər ki, ailəvi şəkildə gələn iranlı turistlər əsasən şəhərin mərkəzi hissələrinə yaxın yerlərdən ev axtarırılar. Mərkəzdəki evlərə tələb çox olduğundan Nərimanov, Səbail və Nəsimi rayonlarında bina evlərinin gündəlik kirayə qiymətləri də xeyli qalxıb. Qiymətlərin qalxmasının digər bir səbəbi həmin ərazilərdə pilot layihələrin sayının çox olmasıdır
Qiymətlərə gəldikdə isə Nərimanov rayonunda 1 otaqlı evin günlük kirayəsi minimum 50 manatdan başlayır. Təzə binada olan daha lüks evlərin günlük kirayəsi isə 100-manatdan bahadır
Şəhərdə ən bahalı evlər isə mərkəz sayılan Səbail rayonu ərazisindədir. Burada hətta günlük kirayə qiyməti 300 manata olan evlər də var.
Reiltorlar deyirlər ki, Nizami və binəqədi rayonlarınad evlərin günlük kirayəsi nisbətən ucuzdur. Ancaq bu rayonlar şəhər mərkəzinə uzaq olduğuna görə, turistlər üçün cəlbedici deyil.