Xəzər Xəbər

Sumqayıt hadisələrindən 31 il ötür VİDEO

Veb TV | 18:58 • 27 Fevral 2019
Sumqayıt hadisələrindən 31 il ötür

Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var.

1988-ci ildə Qarabağda iki azərbaycanlı gəncin öldürülməsinə etiraz edən nümayişçilər mərkəzi meydanı tutmuşdular. Bu məqamdan istifadə edənErməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. Onlar bu zaman istədiklərinənail ola bilmədiklərini görüb , erməni əhaliyə qarşı zorakılıqlar etməyə başladılar.İstintaq zamanı məlum olub ki hücuma məruz qalan ermənilər siyahi əsasında qətlə yetirilib ,onlartəxribatçıların yaratdığı Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli təşkilatlara ianə verməyənlərdir.

İğtişaşlarda Eduard Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O hətta erməniMəjlumyan bacılarını zorlayıb və istintaqda bu fakt üzləşdirmədə sübuta yetirilib. t Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. O hazırda Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilib, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu.Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaq stintaq məntiqi sonluğa çatdırılmayıb. onun təşkilatçıları və sifarişçiləri müəyyən edilməyərəkə cəzalandırılmayıb.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər əsli həqiqətləri ortaya qoyub. Prezidenti İlham Əliyevin göstərişi vəBaş prokurorun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilib. Hazırda təxribatın bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar