Xəzər Xəbər

Şok OLAY! Özünü din xadimi adlandırıb ölünü "diriltdi" - VİDEO

Veb TV | 18:11 • 27 Fevral 2019
Şok OLAY!

Cənubi Afrikanın Yohannesburq şəhərində, bir keşiş saxta bir "ölü diriltmə" nümayişi keçirərək möcüzə reallaşdırdığını iddia edib.

XəzərXəbər BBC-yə istinadla xəbər verir ki, saxta mərasimin görüntülərinin yayılmasından sonra cənazə təşkilində iştirak edən üç şirkət aldadıldıqlarını söyləyərək keşişə dava açıb.

Sosial mediada gündəm olan videoda keşiş Alph Lukaunun açıq bir tabutun içində hərəkətsiz yatan bir adama "diril" deyə bağıraraq qarnına toxunduğu və sonra adamın qalxdığı görünür.

Keşiş Lukaunun kilsə önündə keçirdiyi aksiya ətrafdakılar tərəfindən qışqırıqlarla qarşılanır.

Görüntülər Cənubi Afrikada və sosial mediada lağ mövzusu olub və bir çox adam tərəfindən pislənilib.

Rəsmi şəxslər milli televiziyaya "möcüzə deyə bir şey yoxdur. Bunlar insanlarımızın ümidsizliyini pula çevirməyə çalışanlar tərəfindən uydurulan şeylərdir" açıqlaması etmək məcburiyyətində qalıb.

ÜÇ CƏNAZƏ ŞİRKƏTİ DAVA AÇDI

Mərasimin təşkilində yer alan dəfn şirkətləri manipulyasiya edildiklərini və saxta tamaşadan xəbərlərinin olmadığını iddia edir.

Etibarlarının zədələndiyini qeyd edən şirkətlər keşişə dava açıb.

Cənubi Afrikada 3 il əvvəl də özünü peyğəmbər elan edən bir keşiş HIV və xərçəng xəstəliyi də müalicə etdiyini söyləyərək bir dərmanı camaatın üzünə sıxmış və sonra cəza almışdı.

Xəbər lenti

Çox oxunanlar