İstanbulun ən işlək nöqtələrindən birində baş verən hadisə görənləri heyrətə salıb.
Ətrafındakılara əhəmiyyət vermədən hər kəsin gözü qarşısında köhnə paltarlarını geyinib dilənməyə başlayan qadınln rahat hərəkətləri diqqət çəkib.
Zaman-zaman qazandığı pulları sayaraq saxlayan dilənçi, zabıta dəstələrinin əməliyyatı ilə saxlanılıb.
Taksim Meydanı və İstiqlal Küçəsində bir qadının yanında gətirdiyi köhnə paltarları geyinərək vətəndaşların duyğularını istismar edib dilənçilik etdiyi xəbərini alan zabıta dəstələri hərəkətə keçib.
Vətəndaşların şikayəti əsasında işə başlayan zabıta briqadaları əvvəl dilənçilik etdiyi iddia edilən qadını təqibə alıb. Təqib zamanı qadının Taksim Meydana gələrək əvvəl paltarlarını dəyişib, sonra verdiyi pulları sayaraq bədəninin müxtəlif yerlərinə gizlətdiyi görünüb.
İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı qruplar tərəfindən nəzarətə alınan qadına inzibati pul cəzası tətbiq olunduğu qeyd olunub./metbuat.az