XəzərXəbər "Haberturk”ə istinadən bildirir ki, Nənəsi Rüzgar E.A.-nı vərəsəliyə qəbil etmək üçün 1,5 il əvvəl məhkəməyə müraciət edib.
G.T, iddia ərizəsində qızı B.A. və kürəkəni R.A-nın narkoman olduqlarını bildirib. O ərizəsində yazıb ki, bütün xəbərdarlıqlara baxmayaraq qızı hamiləliyi dövründə də narkotik vasitələr istifadə etməyə davam etdib. Nənə: "Nəvəm narkotik asılılığı ilə anadan olub. Müalicəsi davam edir, mütəmadi nəzarətə aparıram. Mətbuat vasitəsilə apardığımız yardım çağırışını rəsmilər eşitdi. Qızım və ərinin, müalicə olmaları üçün Antalya Təhsil və Araşdırma Xəstəxanası nəzdindəki Spirt və Maddə Bağlıları Müalicə Mərkəzinə müalicə üçün yatırılsalar da, xəstəxanada yalnız bir gecə qaldılar”, – deyə bildirib.
Antalya 2-ci Sülh Hüquq Məhkəməsində görülən iddiada nənə, nəvəsinin narkoman olan bir ailəylədə yaşayacağı halda narkotik asılılığından yaxa qurtara bilməyəcəyini qeyd edərək, vərəsəlik hüququnun iddialılardan alınaraq ona verilməsini tələb edib. G.T, vərəsəliyi alıb nəvəsinə yaxşı bir gələcək hazırlamaq istədiyini də bildirib. Ancaq nənənin tələbini məhkəmə rədd edib.
Məhkəmə əsaslı qərarında, uşağın ana və atasının bərabər yaşadığını, vərərəsəlikdə hər hansı bir hüquq və səlahiyyətdən məhrum olma vəziyyətində olmadığını bildir. Valideynlərinin varisdən imtina etmədiyini əsas gətirərək nənənin tələbinin rəddinə qərar verib.
Bizimyol.info