Ukrayna prezidenti Petro Poroşenko Lvov şəhərinə iş səfəri edərkən korteji çətin anlar yaşayıb.
Bu barədə Çervonoqrad şəhərinin meri Andrey Zalivskiy özünün Facebook səhifəsində video paylaşıb.
Videodan kortej maşınlarının yollardakı çala-çuxurları keçmək üçün sürəti maksimum azaltdığı görünür.
İstifadəçilərin bir qismi yollarla bağlı dövlət başçısını tənqid etsə də, digərləri bu məsələdə yerli hökumətin məsul olduğunu vurğulayıblar./faktxəbər